`Onların hamısı düşmənimizdir` - Xamneyi


03:54     21 Mart 2016 xamneyi.jpg

İranın ali dini lideri Ayətulla Əli Xamneyi televiziya efirində xalqa müraciətində ABŞ-dakı prezidentliyə namizədlərin hamısını İranın düşmənləri adlandırıb.


Femida.az APA-ya istinadən xəbər verir ki, Ə. Xamneyi ABŞ prezidentliyinə namizədlərin hamısının İranı “qaralamağ”a çalışdığını və bunun düşmənçilik işarəsi olduğunu deyib.

Ə. Xamneyi nüvə proqrammı ilə bağlı sanksiyaların qaldırılmasına baxmayaraq, İranın hələ də əvvəlki kimi xarici bank və şirkətlərlə çalışmaq sahəsində çətinliklərlə üzləşdiyini də bildirib. İranın ali dini lideri sanksiyaların yalnız kağız üzərində qaldırıldığını bəyan edib.

Açar sözlər:

Oxunub: 1609